-
- 6-02-2023, 11:47
- 336
Suriyadakı zəlzələdə ölənlərin sayı 237-yə çatdı - 639 yaralı - YENİLƏNDİ
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 237 nəfərə çatıb.
News24.az xəbər verir ki, bu barədə Suriyanın “Əl Ekhbariya” telekanalı Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, azı 639 nəfər xəsarət alıb.
Ölən və yaralananların əksəriyyəti Latakiya, Hələb, Həma və Tartus əyalətlərindəndir.
Suriyanın Dəməşqin nəzarətində olmayan bölgələrində yaralı və həlak olanlar, həmçinin dağıntılar barədə məlumat yoxdur.
*** 09:44
Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal gücündə baş verən zəlzələ Suriyada da hiss olunub.
News24.az xəbər verir ki, Suriya dövlət mediası Hələb, Həma və Latakiyada baş verən zəlzələ nəticəsində azı 100 nəfərin həyatını itirdiyini, yüzlərlə insanın isə yaralandığını açıqlayıb.
Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla insan qalıb.
Dağıntılar altından çıxarıların sayı 400-ə çatıb.
Xilasetmə işləri fırtınalı havada, güclü yağış altında aparılır. /Al Hadath/
Teymur MƏMMƏDOV