“Böyük itkidir, sanki mənim ağır günümdür”
    • 6-02-2023, 11:38
    • 599

“Böyük itkidir, sanki mənim ağır günümdür”

“Böyük itkidir. Sənətkar ailəsində dünyaya gəlmişdi. Nazpəri xanım mənə çox doğma adamdır. Sanki mənim ağır günümdür”.

News24.az xəbər verir ki, bu sözləri müğənni Zeynəb Dostəliyevanın vida mərasimində jurnalistlərə açıqlamasında sənət yoldaşı Manaf Ağayev deyib.

Sənətçi qeyd edib ki, Nazpəri Dostəliyeva ilə çox yaxın dostdur: “O insana çox böyük hörmətim var. Kişi kimi bir qadındır. Dostluğa layiq insandır. Çox böyük dərddir. Allah rəhmət eləsin”.

Qumral Əliyeva 
Nicat Niftəliyev