Bakıda qadın özünü 8-ci mərtəbədən atdı
    • 6-02-2023, 11:46
    • 202

Bakıda qadın özünü 8-ci mərtəbədən atdı

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu General Mehmandarov küçəsi 92 ünvanında yerləşən çoxmərtəbəli binada baş verib. Şəki rayon sakini olan 1958-ci il təvəllüdlü S.Çələbizadə özünü 8-ci mərtəbədən atıb. O, hadis yerində ölüb.
Araşdırma zamanı məlum olub ki, həmin binada S.Çələbizadənin qardaşı oğlu yaşayır. O, qonaq gəldiyi evin eyvanına çıxıb və özünü ordan aşağı atıb.

Hadisənin səbəbləri araşdırılır.

Taleh BAĞIROV