-
- 6-02-2023, 18:00
- 339
Göyçayın sabiq icra nümayəndəsinə şərti cəza verildi
Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısının şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Rəşad Şükürovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
News24.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq) maddəsi ilə irəli sürülmüş ittihama xitam verilib.
Rəşad Şükürov CM-nin 312 (rüşvət verməyə təhrik etmə) maddəsi ilə təqsirli bilinib.
Lakin təqsirləndirilən şəxsə münasibətdə CM-nin 70 ( şərti məhkum etmə) maddəsini tətbiq edilib. Rəşad Şükürova yekun olaraq 3 il sınaq müddəti seçilməklə şərti cəza verilib.
Qeyd edək ki, Rəşad Şükürov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.
Rəşad Şükürova qarşı ilk olaraq Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 312 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb. İstintaqın gedişi zamanı rüşvət alma ilə bağlı ittihamlar CM-nin 178-ci( dələduzluq) maddəsinə tövsif edilib.
Sabiq icra nümayəndəsi barəsində ilk olaraq həbs qətimkan tədbiri seçilib, sonradan isə ev dustaqlığına buraxılıb.