Matəmə görə TV-lərimizdə əyləncə olmayacaq!
    • 6-02-2023, 22:37
    • 181

Matəmə görə TV-lərimizdə əyləncə olmayacaq!

Türkiyədə baş verən dəhşətli zəlzələdə 1600-dən çox insanın vəfat etməsi səbəbilə 7 gün matəm elan edilib.

Qardaş ölkədəki faciəni nəzərə alaraq yerli kanalların proqramlarında dəyişiklik olunub.

Bu səbəbdən bu gün bir sıra əyləncəli verilişlər efirə getməyib. ATV-də yayımlanan “7 canlı”, ARB TV-də yayımlanan “Həmin Zaur” proqramları yayımlanmayıb. Zaur Kamalın aparıcılıq etdiyi verilişin sabah da efirə getməsi nəzərdə tutulmur. /OLAY/