"Əvvəl ölüm xəbərimi yaydılar, indi də bunu..." - FOTO
    • 30-08-2021, 12:30
    • 2 417

"Əvvəl ölüm xəbərimi yaydılar, indi də bunu..." - FOTO

Yerli mətbuatda teleaparıcı Zaur Kamalın "ARB" telekanalında yayımlanan "Həmin Zaur" verilişinin bağlanması ilə bağlı xəbərlər yayılıb.

Məsələylə bağlı News24.az-a açıqlama verən aparıcı yayılan xəbərlərin əsassız olduğunu bildirib: "Keçən dəfə ölüm xəbərini yaydılar, aləm bir-birinə qarışdı, amma dinmədim, indi də bu. Biz bir ay bundan öncə məzuniyyətə çıxmışıq. Hazırda Türkiyədə "Həmin Zaur"un yay buraxılışlarını çəkirik. Yəni heç bir bağlanmadan söhbət gedə bilməz. Oktyabrin dördü "Həmin Zaur" ARB Televiziyasında yayımlanacaq. Eyni saatda, eyni gündə".