Türkiyənin daha bir bölgəsində zəlzələ oldu
    • 7-02-2023, 08:57
    • 332

Türkiyənin daha bir bölgəsində zəlzələ oldu

Türkiyənin Manisa bölgəsində zəlzələ olub.

News24.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. 

Bildirilib ki, zəlzələ yerli vaxtla 06:52-də Manisanın Gördes şəhərində 3,8 bal gücündə baş verib.

Zəlzələnin dərinliyi 6,93 kilometr olub. /Haber Global/

Teymur MƏMMƏDOV