Türkiyədə zəlzələ oldu
    • 11-12-2022, 11:30
    • 396

Türkiyədə zəlzələ oldu

Türkiyədə yerli vaxtla saat 04.59 radələrində 4,2 bal gücündə zəlzələ baş verib. 

News24.az xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, ocağı Türkiyənin Muğla vilayətinin Datça rayonunda qeydə alınan zəlzələnin dərinliyi 7,2 km olub.