"Sabah" klubu yeni rekorda imza atıb

"Sabah" klubu yeni rekorda imza atıb İdman
"Sabah" klubu tarixinin yeni rekorduna imza atıb.

News24.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi buna "Səbail"i 4:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XXI tur oyununda nail olub.

"Bayquşlar" çempionatda ardıcıl dörd quru oyun keçirib. Murad Musayevin baş məşqçi olduğu kollektiv mövsümün ilk yarısını “Sumqayıt” üzərində 6:0 hesablı qələbə ilə başa vurub.

2023-cü ildə “Neftçi”ni 2:0, “Qəbələ”ni 3:0, “Səbail”i 4:0 hesabı ilə məğlub edən Bakı klubu ardıcıl 4 quru hesablı qələbə qazanıb.
“Sabah” sonuncu dəfə XVII turun 2022-ci il dekabrın 14-də baş tutan matçında “Kəpəz”dən qol buraxıb – 2:2.
Bunadək komandanın ən uzun quru seriyası 3 oyundan ibarət idi. “Sabah” 4 dəfə belə seriyaya imza atıb.