Audiovizual Şura proqram dəyişikliyi üçün TV-lərə tövsiyə verib
    • 7-02-2023, 11:14
    • 186

Audiovizual Şura proqram dəyişikliyi üçün TV-lərə tövsiyə verib

Audiovizual Şura Türkiyədə baş verən, çoxlu sayda insan ölümü ilə nəticələnən dəhşətli zəlzələ ilə əlaqədar televiziya kanallarına proqram səbətinə dəyişiklik edilməsi barədə tövsiyə verib.

News24.az xəbər verir ki, bunu Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov bildirib.

Onun sözlərinə görə, qardaş ölkədə baş verən faciə ilə əlaqədar kanalların bəziləri artıq özləri proqram səbətinə dəyişiklik edib:

“Audiovizual Şura olaraq biz də tövsiyə vermişik ki, bu məsələ nəzərə alınsın”.