Azərbaycan xaricdən siçovul alacaq – SƏBƏB
    • 7-02-2023, 15:27
    • 486

Azərbaycan xaricdən siçovul alacaq – SƏBƏB

“Minatəmizləmə Agentliyi və BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayənədliyi arasında məcburi köçkünlərin təhlükəsiz qayıdışını təmin etmək məqsədilə ANAMA-nın instusional inkişafına imza atılıb. Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir”.

News24.az xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib. Onun sözlərinə görə, layihə çərçivəsində Azərbaycanda yeni minatəmizləmə komandasının yaradılması nəzərdə tutulur:

“Bu komanda qeyri-hökumət təşkilatının nəzdində fəaliyyət göstərəcək. Layihə çərçivəsində Azərbaycanda ilk qadın minatəmizləmə qrupunun yaradılması nəzərdə tutulub. Bundan əlavə, minaaxtaran itlər və siçovullar Azərbaycana gətiriləcək əlavə olaraq və minatəmizləmə əməliyyatına qatılacaq. Eyni zamanda, informasiya sisteminin təkmilləşdirilməsi də layihə çərçivəsində həyata keçiriləcək. Layihənin müddəti 18 ay nəzərdə tutulub, amma ümid edirik ki, layihə davamlı olacaq”.