Baş Prokurorluğa yeni idarə rəisi təyin edilib
    • 7-02-2023, 16:02
    • 158

Baş Prokurorluğa yeni idarə rəisi təyin edilib

Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə rəis təyin edilib.

News24.az xəbər verir ki, bu vəzifəyə Mahir Abbasov təyinat alıb.

O, bu təyinata kimi eyni vəzifəni müvəqqəti icra edirdi.