63 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürüldü
    • 9-02-2023, 10:23
    • 238

63 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürüldü

Polis əməkdaşlarının fevralın 8-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 63,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

News24.az xəbər verir ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 36 kiloqrama yaxın heroin, 19,4 kiloqramdan artıq marixuana, 9 qram tiryək, həmçinin 8 kiloqramdan çox metamfetamin və 40 ədəd metadon həbi olub. 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.