Naxçıvanda xəstəxanalar  hazır vəziyyətdədir
    • 9-02-2023, 11:10
    • 351

Naxçıvanda xəstəxanalar hazır vəziyyətdədir

Naxçıvan Muxtar Respublikasının bütün xəstəxanaları Türkiyədə zərər çəkən bacı-qardaşlarımızı qəbul etməyə hazırdır.

News24.az
xəbər verir ki,  bunu Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Aparat rəhbəri Vüqar Babayev bildirib.
“Məsələ ilə bağlı isə, əsas olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanası və Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi tam olaraq hazır vəziyyətdədir”, - o qeyd edib.

Türkiyənin Naxçıvandakı Baş Konsulluğundan isə APA-ya bildiriblər ki, məsələ ilə bağlı məlumatları var.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələri Türkiyədə baş vermiş zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirilib.

Ötən gün Azərbaycan Respublikası səhiyyə naziri Teymur Musayev türkiyəli həmkarı Fahrettin Koca ilə telefon danışığı zamanı ümumilikdə tibb müəssisələrində 2000 çarpayının ayrıldığını diqqətə çatdırıb.