Azərbaycanlı sabiq deputat vəfat etdi
    • 27-01-2019, 10:10
    • 1 272

Azərbaycanlı sabiq deputat vəfat etdi

II çağırış Milli Məclisin (2000-2005-ci illər) 39 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə deputatı olmuş Xıdır Alovlu vəfat edib.

Bu barədə jurnalist Rəhman Orxan məlumat verib. Onun sözlərinə görə, bu ilin martında X.Alovlu 80 illik yubileyini qeyd etməyə hazırlaşırdı.

Xıdır Binnət oğlu Alovlu 1939-cu il martın 2-də Qərbi Azərbaycanda anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.

Uzun illər Sumqayıtda fəhlə, mühəndis, məktəb direktoru, İcra Hakimiyyəti başçısının müavini işləyib. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri, Siyası Şuranın üzvüdür.

2000-2005-ci illərdə Milli Məclisin deputatı olub.

İqtisadiyyata, təhlükəsizliyə, sosial həyata bir sıra əsərlər yazıb, kitablar çap etdirib. O, həm də şair-yazıçı kimi tanınırdı.

Allah rəhmət eləsin!

//Modern.az