Sabiq deputat vəfat edib
    • 26-09-2018, 18:37
    • 1 261

Sabiq deputat vəfat edib

Azərbaycan Milli Məclisinin (MM) sabiq deputatı İbrahim Qafarov vəfat edib.

Bunu parlamentin Mətbuat katibi Akif Təvəkküloğlu deyib. 

O bildirib ki, İbrahim Qafarov Sabirabad rayonunda dəfn edilib: “İbrahim Qafarov ictimai-siyasi xadim olub. Ailəsinə səbr diləyirik”.

Qeyd edək ki, İ.Qafarov 1995-ci ildə 83 saylı Sabirabad–Salyan seçki dairəsindən I çağırış Milli Məclisin deputatı seçilib.