Ərdoğan: “Çox zəlzələ gördük, bunun da altından qalxarıq”
    • 9-02-2023, 15:14
    • 139

Ərdoğan: “Çox zəlzələ gördük, bunun da altından qalxarıq”

“Bunun da altından qalxarıq. Heç kim buna şübhə etməsin. Çünki biz əvvəllər də çox zəlzələ gördük. Bütün zəlzələlərdə binaları əvvəlkindən də gözəl inşa etdik. Ölənlərimiz var, say çoxdur. Ölənlərimizə Allah rəhmət eləsin. Yaralılarımıza da Allahdan şəfa diləyirik”.

News24.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin fəsadları barədə danışarkən deyib.