Əhəd Əliyevə ömürlük cəza verildi
    • 9-02-2023, 17:44
    • 362

Əhəd Əliyevə ömürlük cəza verildi

Bakıda ana və iki azyaşlı övladını qətlə yetirməkdə ittiham olunan Əhəd Əliyevin məhkəməsi başa çatıb.

News24.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Əhəd Əliyev ömürlük azadlıqdan məhrum edilib.

O, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.