Gənclər və İdman Nazirliyi  əhaliyə müraciət etdi
    • 9-02-2023, 22:06
    • 223

Gənclər və İdman Nazirliyi əhaliyə müraciət etdi

Gənclər və İdman Nazirliyi Türkiyəyə yardımlarla bağlı əhaliyə müraciət edib.

Çağırışda qardaş ölkədə baş vermiş zəlzələ qurbanlarına ictimai yardım kampaniyasının davam etdiyi, vətəndaşların könüllü olaraq müxtəlif zəruri tələbat məhsullarını Heydər Əliyev adına İdman Konsert Kompleksinə çatdırdıqları bildirilib.

"Yardım etmək istəyən əhaliyə məlumat üçün bildiririk ki, yardımlar hər gün yalnız saat 09:00-dan 18:00-a kimi qəbul olunur. Digər vaxtlarda yardımların gətirilməməsi xahiş olunur. Çünki qalan vaxtlarda könüllülər yardımların toplanması və çeşidlənməsini, tırlara yığılaraq göndərilməsini təmin edirlər", - müraciətdə qeyd olunub.

Qeyd edək ki, son məlumatlara əsasən, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 16 546 nəfər həlak olub, 66 132 nəfər yaralanıb.