-
- 10-02-2023, 11:14
- 977
Mahsun Kırmızıgül: “Təsirli filmlər çəkdiyimi düşünürdüm, beləsini görməmişdim”
Türkiyənin sevilən müğənnisi və aktyoru Mahsun Kırmızıgül zəlzələnin baş verdiyi fəlakət bölgəsinə gedib. O, yaxın dostu və həmkarı Haluk Leventin rəhbəri olduğu “Ahbap Derneği” ilə koordinasiyalı şəkildə çalışdıqlarını bildirib.
News24.az xəbər verir ki, sənətçi sosial media hesabından təsirli sözlər paylaşıb.
O bildirib ki, Adıyamanda insanlar gecəni küçələrdə keçirir: “Minlərlə insan yaxınlarından səs və ya xəbər gözləyir. Emosional səhnələr və filmlər çəkdiyimi düşünürdüm. Halbuki heç vaxt məni bu qədər sarsıdan, məhv edən faciə ilə rastlaşmamışdım. İnanın, həyatımın şilləsini aldım. Sarsılıram, viranam. Sözün bitdiyi yerdəyəm. Amma hər şeyə baxmayaraq, ümidimizi itirməyəcəyik”.