-
- 11-02-2023, 01:00
- 307
Bakıda dayə sahibkarın evindən oğurluq etdi - Anası dolabda gizlənməklə işin üstünü açdı
Bakıda qadın dolabın içində gizlənməklə evində dayə işləyən şəxsin oğurluğunu ifşa edib.
Maşın yağlarının satışını həyata keçiriən "SNG-Lubricants” MMC-nin direktoru Yusifov Sadıq Səlim oğlunun evində dayə işləyən Yeganə adlı qadın oğurluq edib.
Sadıq Yusifov ifadəsində bildirib ki, Yeganə onun cibindən ümumilikdə 34.600 manat pul götürüb. Hüquq-mühafiə orqanları isə Yeganənin sahibkardan 770 manat pul oğurladığını təsdiq ediblər.
Belə ki, Yeganə işə gəlməzdən öncə Sadıq Yusifovun anası paltar otağında dolaba girərək gizlənib. Yeganə paltar otağına gələrək sahibkarın şalvarının cibindən 100 manat pulu götürüb və qalan pulu yenidən cibinə qoyub. Dolabda gizlənən ev sahibinin anası isə bu prosesi videoya çəkib.
Bundan sonra Yeganə əməlini etiraf edib və 100 manatı geri qaytarıb. Ev sahibi isə bununla bağlı polisə məlumat verib.
Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayından 2022-ci ilin sentyabr ayının 8-nədək Nərimanov rayonu Atatürk prospekti, ev 28D-də sahibkar Sadıq Yusifovun uşağının dayəsi işləyib, aylıq maaşı da 500 manat olub. O, maddi ehtiyacının pis və xəstə anasının müalicəsi üçün pul lazım olduğunu, bu səbəbdən işlədiyi evdən oğurluq etdiyini bildirib. Bildirib ki, üv sahibindən ümumilikdə 770 manat oğurlayıb.
Məhkəmənin qərarı ilə yeganə Cinayət Məcəlləsinin 177.1 maddəsi ilə təqsirli bilinib və ona aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 1 il 6 ay müddətə islah işləri cəzası təyin edilib. /Qaynarinfo.az/