Azərbaycanlı xilasedicilər 15 yaşlı qızı belə qurtardı
    • 11-02-2023, 10:31
    • 210

Azərbaycanlı xilasedicilər 15 yaşlı qızı belə qurtardı

Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

FHN Mətbuat xidmətindən News24.az-a bildirilib ki, növbəti xilasetmə əməliyyatı nəticəsində Kahramanmaraşda 105 saat dağıntılar altında qalmış 15 yaşlı Ayşə adlı yeniyetmə sağ xilas olunub.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.