Türkiyədə zəlzələdə ölənlərin sayı 22 327-ə çatdı
    • 11-02-2023, 21:04
    • 247

Türkiyədə zəlzələdə ölənlərin sayı 22 327-ə çatdı

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 22 327 nəfərə çatıb.

News24.az  "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca canlı yayımda məlumat verib.  

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 80 278 nəfər yaralanıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.