Türkiyədə zəlzələdən sağ çıxan azərbaycanlıya sığınacaq verilib
    • 12-02-2023, 13:28
    • 160

Türkiyədə zəlzələdən sağ çıxan azərbaycanlıya sığınacaq verilib

Bu yaxınlarda Türkiyənin Adana şəhərinə gedən və fevralın 6-da baş verən zəlzələ zamanı fəlakətə məruz qalan Azərbaycan vətəndaşı Rahib Rüstəmova sığınacaq verilib.

Bu barədə News24.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, o, Azərbaycanın Kültür və Həmrəylik Dərnəyi ilə əlaqə saxlayıb. Dərnək onun yaşayış yeri və digər ehtiyaclarını qarşılayıb. R.Rüstəmov Akasya Tələbə Yataqxanasında məskunlaşıb.