Mingəçevirdə avtomobil piyadanı vurub
    • 12-02-2023, 20:35
    • 240

Mingəçevirdə avtomobil piyadanı vurub

Bu gün saat 15 radələrində Mingəçevir şəhəri ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü Rauf Nəsibov idarəetməni itirib və yolun kənarında piyada qismində olan qadını vurub, daha sonra isə ağaca çırpılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, nəticədə avtomobilin sürücüsü və iki sərnişini, eləcə də piyada qadının qucağındakı körpə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.