Göyçayda yük avtomobili  piyadanı vurdu
    • 15-01-2023, 12:08
    • 325

Göyçayda yük avtomobili piyadanı vurdu

Göyçayda yük avtomobili yolun kənarında piyadanı vuraraq öldürüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a bildirilib ki, Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon sakini Emil Osmanov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Kürdəmiş kəndi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan piyada, 1969-cu il təvəllüdlü Eldar Zülfüqarovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.