“Sabah” klubu tarixində ilkə imza atdı

“Sabah” klubu tarixində ilkə imza atdı İdman
“Sabah” klubu tarixində ilkə imza atıb.

News24.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu Premyer Liqanın cari mövsümündə 50-ci qolunu vurmaqla öz rekordunu yeniləyib.

Yubiley topu XXII turun “Qarabağ”la oyununa təsadüf edib – 1:1. Bununla “Sabah” tarixində ilk dəfə bir mövsümdə “100”ü yarılayıb. Bakı klubu ölkə çempionatlarında buna nail olan 17-ci komandadır.

1992-ci ildən keçirilən yarışın tarixində bunadək 16 klub bir mövsümdə 50 və ya daha çox qol vurub. “Qarabağ” hamıdan çox – 14 dəfə bunu bacarıb. Ümumilikdə isə 63-cü dəfə belə hadisə yaşanıb.

“Azersun Arena”dakı heç-heçə “Sabah”ın Premyer Liqada 30-cu sülhü olub. Bu yubiley 126-cı matçda qeydə alınıb. Bərabərliklərdən 14-ü ev, 16-sı səfərə təsadüf edib.