"Binanın dibinə qədər qazıblar, amma  azərbaycanlı tələbələrdən xəbər yoxdur"
    • 13-02-2023, 10:26
    • 226

"Binanın dibinə qədər qazıblar, amma azərbaycanlı tələbələrdən xəbər yoxdur"

“Malatyadakı tələbələrdən xəbər ala bilmirik. Tələbələrdən birinin atasından və qardaşından indicə gələn mesajlar adamı dəhşətə gətirir”.

News24.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı bildirib. Onun sözlərinə görə, tələbələri tapa bilmirlər:

“Deyir qazıntı aparanlar az qala binanın dibinə qədər gedib çıxırlar. Bir neçə insanın cansız bədənini çıxarıblar. Azərbaycanlı tələbələrdən isə hələ ki, heç bir iz yoxdur”.