Kanadada yadplanetli olduğu iddia edilən naməlum obyekt vuruldu
    • 13-02-2023, 11:46
    • 1 445

Kanadada yadplanetli olduğu iddia edilən naməlum obyekt vuruldu

ABŞ Hərbi Hava Qüvvələri Kanada sərhədində, Huron gölü üzərində naməlum obyekti vurub.

News24.az xəbər verir ki, Kanadanın baş naziri Castin Trüdo fevralın 11-də Kanadanın hava məkanını pozan obyektin vurulmasına göstəriş verdiyini açıqlayıb. 

ABŞ prezidenti Bayden və Trüdo arasında telefon danışığından sonra ABŞ və Kanadadan olan təyyarələr havaya qaldırılıb. Amerikanın “F-22” təyyarəsi hədəfi uğurla vurub.