Kanada Rusiya diplomatlarını ölkədən çıxarmaqdan imtina etdi
    • 7-04-2022, 21:02
    • 255

Kanada Rusiya diplomatlarını ölkədən çıxarmaqdan imtina etdi

Kanada Rusiya diplomatlarını ölkədən çıxarmaayacaq, bu, ölkənin maraqlarına ziddir.

News24.az "RİA Novosti"yə istinadla bildirir ki, bunu Kanadanın baş naziri Castin Trüdo deyib.

O rusiyalıların çıxarılmasının “güzgü effekti” ilə nəticələnəcəyini, Ottavanın Moskva ilə əlaqə saxlamasına, həmçinin Rusiyadakı kanadalıları dəstəkləmələrinə mane olacağını bildirib.

“Biz çox diqqətli olmalıyıq. Diplomatik məsələlərin yarandığı indiki böhranlı vaxtda Moskvadakı informasiya mənbələrindən məhrum olmaq istəmirik... Rusiya diplomatlarını Kanadadan göndərsək bu, Moskvadakı diplomatlarımızın itkisinə səbəb olacaq”, - deyə Trüdo bildirib.