Bakıda tikintisi yarımçıq dayandırılan bina sökülür
    • 13-02-2023, 13:13
    • 208

Bakıda tikintisi yarımçıq dayandırılan bina sökülür

Bakı şəhər Nərimanov rayonu ərazisində yerləşən və xeyli vaxtdır tikintisi dayandırılan binanın söküntüsünə başlanılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, söküntü işləri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən aparılır.

Bildirilib ki, binanın tikintisi 2 il əvvəl dayandırılıb. Belə ki, tikinti zamanı binanın layihədə nəzərdə tutulmayan formada inşa edilməsi müəyyən edilib və məhkəmə qərarı ilə tikinti işləri dayandırılıb.//qafqazinfo