-
- 13-02-2023, 15:55
- 268
Tələbələrə yemək aparan kuryer MÜHÜM FAKTI AÇDI: "Evdə 4 yox, 5 nəfər olublar"
“Hümamın sevdiyi türkiyəli qız deyir ki, zəlzələ baş verən gecə saat 3-ə qədər onunla telefonda danışıb”.
News24.az xəbər verir ki, bu sözləri açıqlamasında Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində dağıntılar altında qalan azərbaycanlı tələbələrdən birinin dostu deyib.
O, hadisə gecəsi tələbələrin evdə olduğunu bildirib:
“Hümam telefonda qıza deyib ki, yatıram. Beləcə sağollaşıblar. Zəlzələdən sonra həmin xanım dəfələrlə zəng etsə də, cavab verən olmayıb”.
Dağıntılar altında qalan Hümam İsmayıllının əmisi də həmin gecə tələbələrin evdə olduğunu bildirib:
“Həmin gün uşaqların qonaqları olub. Kuryer deyir ki, zəlzələ baş verən gün günorta saatlarında onlara 10 ədəd pizza aparıb. Başqa bir nəfər də deyir ki, onun da oğlu tələbələrin evində qonaq olub, həmin gecə orada qalıb. Belə çıxır ki, evdə 4 yox, 5 nəfər olublar.
Hümam son kursda oxuyurdu deyə magistraturaya hazırlaşırdı. Özü də dedi ki, tətil qısadır, fürsətdən istifadə edib magistraturaya hazırlaşım, yayda gələrəm”.
Qeyd edək ki, Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində dağıntılar altında qalan azərbaycanlı tələbələrdən hələ də xəbər yoxdur.//globalinfo.az