​​​​​​​FHN Kahramanmaraşda daha iki nəfəri 198 saat sonra canlı olaraq xilas edib
    • 14-02-2023, 10:45
    • 202

​​​​​​​FHN Kahramanmaraşda daha iki nəfəri 198 saat sonra canlı olaraq xilas edib

Türkiyənin Kahramanmaraş şəhərində Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qrupları tərəfindən səhər saatlarında zəlzələ baş verən ərazidə əməliyyatlar davam etdirilir.

News24.az xəbər verir ki, hazırda azərbaycanlı xilasedicilər tərəfindən 198 saatdan sonra Muhammet Enes və Abulbaki adlı şəxs dağıntılar altından sağ olaraq xilas edilib.