Xilasedicilərimiz Türkiyədə  bir nəfəri xilas edib
    • 7-02-2023, 12:33
    • 215

Xilasedicilərimiz Türkiyədə bir nəfəri xilas edib

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

News24.az xəbər verir ki, Azərbaycanın xilasediciləri yaralı şəxsi dağıntılar altından çıxarıblar.

Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qeyd edək ki, xilasedicilərimiz Kahramanmaraşda dağıntılar altında qalmış 6 şəxsin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.//report.az