Özbəkistan Türkiyəyə 170 ton humanitar yardım göndərib
    • 14-02-2023, 11:26
    • 133

Özbəkistan Türkiyəyə 170 ton humanitar yardım göndərib

Özbəkistan Türkiyədəki zəlzələ qurbanlarına dəstək məqsədilə başladılan yardım kampaniyası çərçivəsində 170 ton humanitar yardım göndərib.

News24.az xəbər verir ki, Türkiyənin Daşkənddəki səfirliyindən bu barədə açıqlama verib.

Açıqlamada, sözügedən yardım kampaniyası çərçivəsində 45 ton dərman, tibbi ləvazimat, 8 ton ərzaq, 90 ton geyim, ayaqqabı, adyal, yataq, uşaq bezləri, təmizlik və gigiyena məhsulları 130 generator, 700 elektrik sobası və digər ləvazimatlar qeyd olunub.