Gürcüstan Ukraynaya 564 min dollar dəyərində humanitar yardım göndərib
    • 21-12-2022, 23:01
    • 250

Gürcüstan Ukraynaya 564 min dollar dəyərində humanitar yardım göndərib

Gürcüstan humanitar yardım olaraq Ukraynaya ümumi dəyəri 1,5 milyon lari (təxminən 564 min ABŞ dolları) təşkil edən 25 generator alıb və göndərib.

News24.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məmnuniyyətlə qeyd edirik ki, Gürcüstan hökuməti Ukrayna üçün sənaye məqsədləri üçün - klinikalar, xəstəxanalar, qida obyektləri və Ukraynanın digər mühüm infrastrukturu üçün istifadə olunacaq 25 generator alıb”- deyə, məlumatda vurğulanıb.