Dünyaca məşhur futbolçular Türkiyəyə dəstək olacaqlar
    • 8-02-2023, 11:15
    • 235

Dünyaca məşhur futbolçular Türkiyəyə dəstək olacaqlar

Türkiyə millisinin futbolçusu Merih Demiral zəlzələdən əziyyət çəkən insanlara dəstək olmaq üçün kampaniya başladıb.

News24.az xəbər verir ki, futbolçu keçmiş komandası “Yuventus”da birgə çıxış etdiyi Paulo Dibala, Kriştianu Ronaldu və Leonardo Bonuççini Türkiyəyə dəstək olmağa təşviq edib.

Sözügedən futbolçular imzalı köynəklərini hərraca çıxarıblar. Satışdan əldə olunan məbləğ zəlzələ qurbanlarına bağışlanacaq. 

Qeyd edək ki, türkiyəli futbolçunun özü fəlakət bölgəsi üçün 1 milyon türk lirəsi ianə edib.