-
- 15-02-2023, 13:39
- 769
Röyaldan "Toppuş bacı" ilə bağlı PAYLAŞIM
Mərhum əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkə hesabında paylaşım edib.
News24.az xəbər verir ki, Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkə hesabında yazıb. O, aktrisa ilə bağlı xatirələrini bölüşüb:
"Bir neçə il əvvəl birinə sual verdilər ki, sevgini bir kəlimə ilə necə ifadə edə bilərsiniz? Sevgi sizin üçün nədir? Biz o zaman 7 il idi ki, ailə qurmuşduq. Mən Tünzaləyə dedim ki, bu 7 ildə hələ də sevgimi sənə tam ifadə edə bilmirəm, insanlar necə olur ki, bir kəlmə ilə ifadə etməyə çalışır? Artıq 11 il oldu və mən yenə də sevgimi bu illər ərzində gecə-gündüz danışsam da yenə də ifadə edə bilmərəm. İllər az gələr. Və indidən keçən hər il üçün də bu davam edəcək, niyə bunu yaziram səhifəyə?
Doğum günün mübarək olsun, nur üzlü həyat yoldaşım, yaxşı ki doğuldun, yaxşı ki məni seçdin. Rəbbimə and olsun ki, səni mənə yazdı”.
Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən sonra ötən ay dünyasını dəyişib.