Azot turşusu daşıyan yük maşını aşdı - Sakinlər təxliyə edilir
    • 15-02-2023, 14:01
    • 145

Azot turşusu daşıyan yük maşını aşdı - Sakinlər təxliyə edilir

ABŞ-ın Arizona ştatında azot turşusu daşıyan yük maşını aşıb.

News24.az
xəbər verir ki, hadisə ştatın Tukson şəhərində “İnterstate-10”da baş verib.

Yük maşınından azot turşusu sızdığı üçün 800 metr məsafədə yaşayan sakinlərdən ərazini tərk etmələri tələb olunub.

Yük maşını sürücüsü hadisə yerində ölüb. 

Bildirilib ki, azot turşusu dozadan asılı olaraq göz və dəri qıcıqlanmasına, ağciyərlərdə ödəm, bronxit və diş eroziyası yarada bilər. /CNN Türk/

Teymur MƏMMƏDOV