Ömər Eldarov vəzifəsindən azad edildi - Yeni təyinat
    • 15-02-2023, 15:22
    • 179

Ömər Eldarov vəzifəsindən azad edildi - Yeni təyinat

Prezident İlham Əliyev Xalq rəssamı, akademik Ömər Eldarovla bağlı Sərəncam imzalayıb.

News24.az xəbər verir ki, Sərəncamla Ömər Həsən oğlu Eldarov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilib.
Dövlət başçısının digər Sərəncamı ilə Xalq rəssamı Natiq Kamal oğlu Əliyev Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib.

Qeyd edək ki, Ö. Eldarovun 95 yaşı var. O, 2002-ci ildən bu universitetin rektoru idi.