ATU-nun tələbəsi Türkiyədəki zəlzələdə həlak olub
    • 15-02-2023, 17:06
    • 169

ATU-nun tələbəsi Türkiyədəki zəlzələdə həlak olub

Fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin tələbəsi də həlak olub.

News24.az xəbər verir ki, bu barədə Universitetdən xəbər verilib. Qeyd edilib ki, Universitetin V kurs tələbəsi Nazif Abdulmelik oğlu Toprak da zəlzələ nəticəsində həlak olub.

Ötən il 821 nəfər narkotik asılılığına görə ixtisaslaşmış müalicəyə cəlb edilib

"Bundan əlavə, zəlzələdə faciəli şəkildə həyatını itirən azərbaycanlı tələbələrdən biri - Gündüz Nəzərzadə də ATU-nun məzunu olub. 2021-ci ildə universitetimizin Əczaçılıq fakültəsindən məzun olan G.Nəzərzadə Malatyada İnönü Universitetində magistratura təhsili alırdı" - məlumatda qeyd edilib.