Türkiyədəki zəlzələdə voleybolçu cütlük həlak olub
    • 7-02-2023, 10:43
    • 197

Türkiyədəki zəlzələdə voleybolçu cütlük həlak olub

Türkiyənin "Merinos" klubunun voleybolçusu Betül Çoban Çakır zəlzələ nəticəsində dünyasını dəyişib.

News24.az xəbər verir ki, oyunçu ilə birlikdə onun voleybolçu həyat yoldaşı Bedrettin Çakır da həlak olub.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı gücündə zəlzələ olub. Son məlumatlara görə, yeraltı təkanlar nəticəsində 2 921 nəfər həyatını itirib, 15 834 nəfər yaralanıb. Dağıntılar altından 7840 nəfər çıxarılıb.