Panamada avtobus uçurumdan aşıb - 33 ölü, 23 yaralı
    • 15-02-2023, 20:30
    • 167

Panamada avtobus uçurumdan aşıb - 33 ölü, 23 yaralı

Panamada miqrantları daşıyan avtobus uçurumdan aşıb.

News24.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, qəza yerli vaxtla səhər saat 4:40-da baş verib.

Belə ki, Çiriki əyalətində miqrantları daşıyan avtobus uçurumdan aşıb. Avtobusda 60-a yaxın sərnişinin olduğu deyilir.

“23 yaralı xəstəxanalara göndərilib, 33 nəfər qəza nəticəsində ölüb”, – yerli yanğınsöndürmə xidmətinin rəhbəri Edilberto Armueles bildirib.