Bu gün "Qarabağ" - "Gent" matçı var
    • 16-02-2023, 10:13
    • 279

Bu gün "Qarabağ" - "Gent" matçı var

Bu gün "Qarabağ" klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.

News24.az xəbər verir ki, "köhlən atlar" Bakıda Belçika "Gent"ini qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 21:45-da başlayacaq. Matçın baş hakimi İsveç Futbol Federasiyasından Məhəmməd Al-Hakim olacaq.

"Qarabağ" tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində qüvvəsini sınayacaq. Belə ki, ağdamlılar ötən mövsüm turnirin bu raundunda Fransa "Marsel"inə uduzaraq avrokuboklarla vidalaşıb.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi, ilk oyun

16 fevral

21:45. "Qarabağ" (Azərbaycan) - "Gent" (Belçika)

Hakimlər: Məhəmməd Al-Hakim, Fredrik Klayver, Maks Robin Uayld, Boyan Panciç (İsveç)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 23-də Gent şəhərində keçiriləcək.