Xocalıda qəza – Xəsarət alanlar var
    • 16-02-2023, 11:29
    • 293

Xocalıda qəza – Xəsarət alanlar var

Xocalı rayon polis şöbəsinə rayonun Çanaqcı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Polis əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Araşdırmalar zamanı məlum olub, Astara rayon sakini, 1985-ci il təvəllüdlü Qılman Rəhimovun idarə "Mercedec" markalı beton tökən avtomobil idarəetməni itirərək yol kənarındakı beton səthə çırpılıb, daha sonra aşıb.

Hadisə nəticəsində sürücü və sərnişin, Tovuz rayon sakini, 1994-cü il təvəllüdlü Şinasin Niyazov müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alanlara ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib, ərazidə nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir