Murov aşırımında qəza baş verib - Foto
    • 15-02-2023, 23:37
    • 183

Murov aşırımında qəza baş verib - Foto

Kəlbəcər Rayon Polis Şöbəsinə Murov aşırımında yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən News24.az-a bildirib ki, polis əməkdaşları dərhal hadisə yerinə gedərək müvafiq araşdırmalar aparıb.

Araşdırmalar zamanı məlum olub ki, yük maşını idarəetməni itirərək aşıb, nəticədə sürücü yüngül bədən xəsarətləri alıb.

Sürücüyə ilkin tibbi yardım göstərilərək xəstəxanaya aparılıb, avtomobil yolun hərəkət hissəsindən çıxarılaraq nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.