Azərbaycanda narkoman anasını vəhşicəsinə döyüb küçəyə atdı
    • 16-02-2023, 12:04
    • 235

Azərbaycanda narkoman anasını vəhşicəsinə döyüb küçəyə atdı

Gəncədə anasını amansızlıqla öyüb xəsarətlər yetirən 27 Nail Məmmədov həbs edilib.

News24.az-ın əldə etdiyi məlumata görə N.Məmmədov barəsində anasının şikayəti əsasında araşdırma aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələri ilə (Döymə, xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddələri ilə protokol tərtib edilib. Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölmsi tərəfindən saxlanılan N.Məmmədov daha sonra Gəncə şəhər Məhkəməsinə göndərilib.

Məhkəmədə o, anasını döyməsinə haqq qazandırıb: “L.Məmmədova doğma anamdır, birgə yaşayırıq. Əvvəllər də müxtəlif səbəblərdən aramzda münaqişələr olub, o zaman da bununla bağlı polisə şikayət edib. Sonuncu hadisə baş verərkən saat təxminən 11 radələrində evdə yatmışdm. Bu zaman anamın ev telefonunda mənim haqqımda kiminləsə söhbət etdiyini eşitdim, yerimdən durub anamın yanına gəlib niyə barəmdə başqalarına danışdığını soruşdum. Anam bacımla danışdığını dedi. Anamın ona məndən şikayətlənməsinə əsəbləşdiyim üçün aramızda mübahisə yarandı, onun boğazından tutaraq üzünə zərbə ilə vurmağa başladım. Anam evdən qaçıb küçəyə çıxdı. Qapını arxadan bağlayıb yenimdə uzandım. Bir az sonra qapı döyüldü, polis əməkdaşlarının gəldiyini gördüm.

Məni 4-cü Polis Bölməsinə dəvət etdilər, amma mən getmədim, polisin qanuni tələbinə tabe olmadım və anamın mənə olan davranışından əsəbləşərək ucadan nalayiq ifadələr işlətməyə başladım. Polis əməkdaşları məni zorla polis maşınında əyləşdirib izahatımı almaq üçün polis bölməsinə gətirdilər. Anamı yaxşı edib vurmuşam, polis əməkdaşlarının tələblərinə nə üçün tabe olmalıyam?!”.

Zərərçəkmiş qadın isə ifadəsində oğlunun narkotik aludəçisi olduğunu deyib və onu tez-tez döydüyünü əlavə edib: “Nail xeyli vaxtdır ki, narkotik vasitə istifadə edir. Onun barsində polisə əvvəllər də dəfələrlə şikayət etmişəm. Oğlumu müalicə etdirsəm də, o yenə narkotikdən əl çəkmədi.

Hadisədən öncəki gün gecə otağımda yatmışdım. Qəflətən gözümü açdım, gördüm Nail əlində bıçaqla başımın üstündə dayanıb. Onun narkotik vasitə təsiri altında olduğunu görüb qonşuluqda yaşayan bacımın evinə getdim, gecəni orada qaldım. Səhəri günü saat təxminən 11 radələrində yaşadığım evə gəldim, həmin vaxt Nail evdə yatmışdı. Ev telefonuna zəng edən qızım məndən hansı səbəblə gecə bacımgildə qaldığımı soruşdu, mən də olanları ona danışdım. Bu zaman Nail yanıma gəldi, olanları bacısına dediyim üçün mübahisə elədi və məni döyməyə başladı. Başıma yumruq zərbələri dəyərkən qışqırq səsimi eşidən qızım dərhal polisə zəng edib”.

Gəncə şəhər Məhkəməsinin qərarı ilə N.Məmmədova 1 ay müddətinə həbs cəzası verilib.

Taleh BAĞIROV