Rusiya ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsi azaldı
    • 16-02-2023, 12:54
    • 238

Rusiya ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsi azaldı

Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov 2022-ci ilin aprel-dekabr aylarında Qərbin Moskvaya qarşı sanksiyaları səbəbindən ölkənin Aİ ilə ticarət həcminin üçdə bir azaldığını açıqlayıb.

News24.az-ın CNN Türk-ə istinadla verdiyi xəbərə görə, Baş nazirin müavini vurğulayıb ki, ötən ilin aprel-dekabr ayları ərzində Rusiyanın Türkiyə, Misir və Fars körfəzi ölkələri ilə ticarət həcmi təxminən iki dəfə, Cənub-Şərqi Asiya ölkələri və Çinlə ticarət həcmi isə 17 faizdən çox artıb.

Rəsmi statistika göstərir ki, 2020-ci ildə Aİ Rusiyanın aparıcı ticarət tərəfdaşıdır və ölkənin dünya ilə ümumi mal ticarətinin 37,3 faizini təşkil edir. Rusiyanın idxalının 36 faizindən çoxu Aİ-dən, ixracının 37,9 faizi isə blokun 27 ölkəsinin payına düşüb.