Yunanıstan Türkiyəyə 4 yük maşını yardım aparacaq
    • 16-02-2023, 13:05
    • 138

Yunanıstan Türkiyəyə 4 yük maşını yardım aparacaq

Yunanıstan xarici işlər nazirinin müavini Andreas Katsaniotis içərisində Yunanıstan humanitar yardımı olan 4 yük maşınının Pireydən İsgəndəruna doğru getdiyini açıqlayıb.

News24.az xəbər verir ki, nazir müavini yardımların əsasən, zəlzələ qurbanlarının ehtiyac duyacağı ədyal və gigiyena vasitələrindən ibarət olduğunu deyib.