İsrail və Yunanıstan ən böyük müdafiə müqaviləsini imzaladı
    • 18-04-2021, 12:04
    • 478

İsrail və Yunanıstan ən böyük müdafiə müqaviləsini imzaladı

İsrail və Yunanıstan Müdafiə Nazirlikləri ikitərəfli münasibətlər tarixində ən böyük müqavilə imzalanıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, 1,65 milyard dollarlıq müqaviləyə əsasən Yunan Hava Qüvvələri pilotları üçün 22 illik uçuş təlim mərkəzi inşa və istismarı nəzərdə tutulur.

İsrail Müdafiə Naziri Beni Gants müqavilənin bağlanmasını şərh edərək bildirib ki, müdafiə, iqtisadi və siyasi səviyyələrdə iki ölkə arasındakı tərəfdaşlığı və əməkdaşlığı, həmçinin İsrail və Yunanıstan iqtisadiyyatının gücləndirilməsinə xidmət edəcək.